Rəisi şantaj edən qadına 5 il həbs verildi

Rəisi şantaj edən qadına 5 il həbs verildi
Oxunma sayı: 2153

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisi müavinini və həkimi şantaj etməklə pul almaqda təqsirləndirilən Vəfa Dadaşovaya hökm oxunub.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatına olan prosesdə V.Dadaşova 5 il müddətinə azadlıqdan məhrum edilib.

V.Dadaşova ibtidai sinfə qədər uşaqlara hazırlıq keçib. O, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov barəsində internetə məlumat yerləşdirməklə onu şantaj etməkdə ittiham edilir. 

Digər zərərçəkən “Evromed” Tibb Mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqovdur.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi