Rəisin atası ittihamlara aydınlıq gətirdi

reisin-atasi-ittihamlara-aydinliq-getirdi-
Oxunma sayı: 693

Məktubda qeyd olunurdu ki, rəisin atası Əlirza Bayramov 1999-2000-ci illərdə narkotik maddə ilə həbs edilib. Bundan başqa, Rasim Bayramovun 11 saylı CM-yə təyin olunduqdan sonra müəssisədə komendant qismində fəaliyyəti təmin olunan Alik adlı məhkum müəssisədəki kafelərdə yeməkxanaya verilməsi nəzərdə tutulan ərzaq məhsullarının talan olunması ilə yanaşı, həmin kafelərdə parnoqrafik filmlərin göstərilməsini (seans üçün hər məhkumdan 5 manat olmaqla), eləcə də narkotik maddələrin və psixotrop dərmanların satışını təşkil etdiyi iddia olunmuşdu.

Həmin yazı ilə bağlı R. Bayramovun atası Əlirza Bayramov “Qafqazinfo”ya müraciət edib. O bildirib ki, oğlu haqda səsləndirilən ittihamlar həqiqətə uyğun deyil: “Doğrudur, mən 2 il həbsdə olmuşam, ancaq daha sonra əfv olunmuşam. Oğlum haqda səslənən fikirlər şər-böhtan xarakterlidir. O, vəzifəyə yeni təyin olunub. Oğlumu istəməyənlər belə məlumatları yayırlar”.