Rəisin başçıya kəllə atması xəbərinə - Rəsmi reaksiya

reisin-basciya-kelle-atmasi-xeberine-resmi-reaksiya
Oxunma sayı: 651

“Müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılır”. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir:

“Mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi informasiya vasitələri ilə bilərəkdən, qəsdən və məqsədyönlü şəkildə dezinformasiyalar yayması Gəncə şəhərinin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələrdə olduğu kimi, respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də geniş quruculuq və abadlıq işləri aparılır, mövcud problemlərin həlli ilə bağlı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə zəruri təşkilati-əməli tədbirlər həyata keçirilir.

Qeyd olunmalıdır ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilmişdir və bu, şəhər polisi ilə digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının məntiqi nəticəsidir.

Şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanan belə məqsədyönlü tədbirlər ardıcıllıqla davam etdirilməkdədir”.