Rejissor peyğəmbərin üzünü göstərməyəcək

rejissor-peygemberin-uzunu-gostermeyecek
Oxunma sayı: 635

“Qafqazinfo”nun “Zaman” qəzetinə istinadən xəbərinə görə, Məcidi İslam peyğəmbərinin üzünü göstərəcəyi ilə bağlı fikri qalmaqala səbəb olmuşdu.

Rejissorun bu istəyinə tanınmış İslam universteti “Əl-Əzhər” də sərt təpki göstərib. Məcidinin verdiyi açıqlamalardan bəlli olub ki, rejissor bu fikrini dəyişib.

Məcidi filmə İran hökumətinin maddi dəstək vermədiyini deyib. Rejissor yalnız “üləma dəstəyi” və mənəvi yardım olduğunu bildirib.
Filmlərində tanınmış aktyorları çəkməyən Məcidi “Məhəmməd” filmi üçün eyni hərəkəti edib. Filmdə çəkilən insanlar o qədər də tanınmayan, ölkənin ayrı-ayrı teatr və kino aktyorlarıdır.