Reklamı qadağan olunan əmtəələrin siyahısına əlavələr edilib

reklami-qadagan-olunan-emteelerin-siyahisina-elaveler-edilib
Oxunma sayı: 2555

Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısına əlavələr edilib.

“Qafqazinfo” xəbər verir ki, “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”ndə dəyişikliklə bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb. 

Dəyişikliyə əsasən, “ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr” adı ilə siyahıya aşağıdakı əlavələr edilib:

1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar

2. İşlənilmiş batareyalar 

3. İstifadə olunmuş şinlər 

4. İşlənilmiş sürtkü və mühərrik yağları