Rektor Bəxtiyar Vahabzadə ilə dostluğundan danışıb

rektor-bextiyar-vahabzade-ile-dostlugundan-danisib-
Oxunma sayı: 746

Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Şəki şəhər musiqi kollecinin akt zalında təşkil olunmuş “Şəkidən dünyaya” adlı tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova, İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev, İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabə xanım İsmayılova, Şəki ziyalıları, müvafiq təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.
Proqram böyük şairin xatirəsini bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb.

Tədbirdə iştirak edən Millət vəkili Cavanşir Feyziyev B. Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib. Böyük şairin fəlsəfi dünyagörüşünün gənclər tərəfindən mənimsənilməsini zəruriliyini qeyd edib.
Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniç şairlə olan yaxın dostluğundan, şairin vəfatı anında yanında olmasından, türk dünyasının problemlərini ölüm anında belə unutmamasından danışıb.

Nigar Məmmədli