Rektor – millət vəkilinin işi prokurorluqda

rektor-millet-vekilinin-isi-prokurorluqda
Oxunma sayı: 5010


“Qafqazinfo” xəbər verir ki, nazirlikdən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, millət vəkili Aqiyə Naxçıvanlının rektoru olduğu institutun adından hazırlanan saxta diplomlarla bağlı Baş Prokurorluğunda hazırda cinayət işi üzrə istintaq aparılır.

Qeyd edək ki, Müəllimlər İnstitutunun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində institutun rektoru Aqiyə Naxçıvanlının imzası var. Mətbuatda saxta diplomun verilməsində rektorunda əlinin olduğunu iddia edilir.

Rektor-deputat isə açıqlamasında aşkar edilən diplomların saxta olduğunu və qeyd olunan imzanın isə kopyalandığını bəyan edib.