Rektor Norveçdə olub

rektor-norvecde-olub
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, ezamiyyət “Statoyl Azərbaycan” şirkəti tərəfindən Bakı Ali Neft Məktəbi ilə Stavanger Universiteti və Trondheymdə fəaliyyət göstərən Norveç Elm və Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunub.

Stavanger şəhərində nümayəndə heyəti “Statoyl” şirkətinin ofisində hasilata nəzarət mərkəzinin işi ilə tanış olub, şirkətin universitetlərlə əlaqələri haqqında məlumatlar əldə edib. Daha sonra nümayəndə heyəti Stavanger Universitetinin Neft Texnologiyası Tədqiqat Mərkəzi, sementləmə, neft hasilatının artırılması, neftin və qazın hasilatı, qazıma, yataq texnologiyası laboratoriyalarının işi ilə tanış olmuş, universitetin beynəlxalq əlaqələr üzrə meneceri Terye Frolland ilə danışıqlar aparmış və elm və texnologiya fakültəsinin dekanı doktor Ole Rinqdal ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandumda Bakı Ali Neft Məktəbinin müəllimlərinin Stavanger Universitetinə kurslara göndərilməsi, birgə magistr hazırlığı, professorların BANM-də mühazirələr oxuması, bakalavriat hazırlığında iştirak, birgə seminarların və konfransların təşkili sahəsində əməkdaşlıq etmək nəzərdə tutulub.

Ezamiyyət zamanı həm də Norveç Elm və Texnologiya Universitetində magistraturada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib, onlara ARDNŞ-nin inkişaf strategiyası və mütəxəssis hazırlığı perspektivləri haqqında ətraflı məlumat verilib.