Rektor Sabirabadda şagirdlərlə görüşdü

rektor-sabirabadda-sagirdlerle-gorusdu
Oxunma sayı: 1308

Azərbaycan Dövlət Aqrar Universitenin professor-müəllim heyəti təhsil müəssisəni tanıtmaq, yenilikləri, maddi-texniki bazanı insanlara çatdırmaq üçün Sabirabada səfər ediblər.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Rayon  İcra Hakimiyyətinin dəvəti ilə baş tutan səfərdə ADAU-nun rektoru İbrahim Cəfərov da iştirak edib.

Rayon ictimaiyyəti, yuxarı sinif şagirdləri ilə görüş Heydər Əliyev mərkəzində keçirilib. İcra başçısı Nazim İsmayılov ölkədə aqrar sahədə əldə edilən uğurlardan danışıb və bu uğurlarda aqrar rayon olan sabirabadlıların da bu yeri olduğunu vurğulayıb.

Rektor İbrahim Cəfərov isə çıxışında ölkənin digər sahələri kimi aqrar bölmənin də dinamik inkişafını faktlarla təhlil edib, aqrar səhənin inkişafının birbaşa aqrar təhsillə bağlı olduğunu deyib. Rektor universitetin maddi-texniki bazası, tələbə evləri, tədris-təcrübə sahələri, adlı auditoriyalar, tikintisi sürətlə davam edən yeni tədris korpusu, stimullaşdırıcı tədbirlər haqqında da ətraflı məlumat verib.

Universitetlə bağlı təqdim edilən film görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.