Rektor şahmat oynadı - Foto

rektor-sahmat-oynadi-foto
Oxunma sayı: 653

BDU-dan “Qafqazinfo”ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin idmanın inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçısının şahmatın maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodiki və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə imzaladığı sərəncamların əhəmiyyətini qeyd edib. Eyni zamanda, şahmatın inkişafı üçün əhəmiyyətli proqramların, tədbirlərin reallaşdırıldığının nailiyyətlərdən olduğunu deyib.

Rektor əlavə edib ki, BDU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən şahmat çempionatı mayın 10-dək davam edəcək. Yarışlarda universitetin 17 fakültəsi üzrə 30 nəfər müəllim-əməkdaşın iştirakı nəzərdə tutulub. Yarışların sonunda 1, 2 və 3-cü yeri qazanan qaliblərə diplom və pul mükafatı təqdim ediləcək.

Rektoru çıxışının sonunda bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, açılış mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Azərbaycanın şahmat yığmasının baş məşqçisi Fikrət Sideifzadə iştirak edib.