Rektor yüksək bal toplayanlara iPad bağışladı

rektor-yuksek-bal-toplayanlara-ipad-bagisladi
Oxunma sayı: 2992


"Qafqazinfo" xəbər verir ki, rektor  Binəqədi rayonu 244 nömrəli məktəbin məzunu Sevinc Sakit qızı Qafarlını, Nərimanov rayonu 45 nömrəli məktəbin məzunu Zümrüd Yunis qızı Nəbiyevanı və onların valideynlərini qəbul edib.

Rektor Bakı Ali Neft Məktəbinə göstərdikləri marağa görə abituriyentlərə və onların valideynlərinə minnətdarlığını bildirmiş, onlara ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran vəzifələr, 2012-ci ildə qəbul kampaniyasında əldə etdiyi uğurlar, təhsil ocağında həyata keçirilən tədris proqramlarının özəllikləri, yaradılmış infrastruktur, tədrisin təşkili haqqında ətraflı məlumatlar vermiş, Ali Məktəbin inkişaf perspektivlərini açıqlamış, abituriyentlərə qiymətli hədiyyələr - iPad bağışlamış və gələcək təhsillərində uğurlar diləyib.

Abituriyentlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə rektora minnətdarlıqlarını bildirmişlər.