Rektordan xoş xəbər

rektordan-xos-xeber
Oxunma sayı: 652

Noyabrın 13-də jurnalistlərə açıqlamasında ali məktəbin rektoru Abel Məhərrəmov belə deyib.

Rektorun sözlərinə görə, 7 min nəfərə qədər məcburi köçkündən ibarət 1000 ailə Bakının Pirəküşkül qəsəbəsində tikilən evlərə köçürüləcək: “Evlər tam hazırdır. Orada bütün infrastruktur yaradılıb. Hər cür şəraitə məxsus məktəb, uşaq bağçası var. Yataqxanalarda fəaliyyət göstərən köçkün məktəbləri də ora köçürüləcək”.

Rektor bildirib ki, köçürülmə başa çatandan sonra BDU-nun yataqxanaları söküləcək və yerində çoxmərtəbəli tələbə şəhərciyi salınacaq: “Yataqxanalar yarım əsrdir tikilib. Məcburi köçkünlər yaşadığı dövrdə isə pis vəziyyətə düşüb və ona görə də söküləcək. Yerində Avropa standartlarına cavab verən tələbə şəhərciyi olacaq. Yeni şəhərcik 5000 nəfər tələbə tutacaq. Artıq layihə hökumətə təqdim olunub və qəbul edilib. Şəhərcikdə idman kompleksi, kitabxana, tələbələrin istirahəti üçün müxtəlif guşələr olacaq. Eyni zamanda şəhərciyin həyətindən universitetə birbaşa yol salınacaq”./mediaforum.az/