Rektoru istefaya səslədilər

rektoru-istefaya-seslediler
Oxunma sayı: 654

Bu barədə musavat.com-a şüarları yazan tələbələr özləri məlumat veriblər. Lakin üstündən bir neçə saat keçəndən sonra onların bu etirazları ilə bağlı fotolar “Facebook” sosial şəbəkəsində yayılıb.

Belə ki, tələbələr etiraz aksiyalarında əsasən ADNA-nın rektoru Siyavuş Qarayevin istefasını tələb ediblər. Onlar divarlara “Rektora istefa!”, “YAP, universitetlərdən çıx”, “Elmin Bədəlovu bərpa edin!”, “Rüşvətə son!”, “Sən də fikrini bir yerə yaz” və başqa şüarlar yazıblar. Tələbələr deyirlər ki, bu etiraz aksiyası ADNA-da ciddi çaşqınlığa səbəb olub. Akademiya rəhbərliyi həmin tələbələrin axtarılması və şüarların silinməsi üçün göstəriş də verib. Lakin şüarlar iri və qara hərflərlə yazıldığından onların hamısını silmək hələ də mümkün olmayıb.

ADNA tələbələri bu tip aksiyaları gizli şəkildə davam etdirəcəklərini deyiblər.

Qeyd edək ki, bir neçə gün bundan öncə də buna oxşar aksiya keçirilmişdi. ADNA tələbələri rektora istefa tələbi ilə yazılmış minlərlə bukletləri akademiyanın pəncərələrindən yaymışdılar. Həmən gün ADNA-nın qapıları bağlanaraq kağızları yayan tələbələrin axtarışına başlanılmışdı.