Rektorun arvadını döyənlərə güzəşt edilmədi

Rektorun arvadını döyənlərə güzəşt edilmədi
Oxunma sayı: 6312

Azərbaycan Dövlət Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın edərək arvadı Zəridə Yunusovanın əl-qolunu bağlayaraq döyməkdə və evdən 65 min manat pul, 15 min manatlıq qızıl aparmaqda təqsirləndirilənlər - Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxslərin cəzanın yüngülləşdirilməsi üçün verdikləri apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hokum dəyişdirilmədən qüvvədə saxlanılıb.

Hadisə  2016-cı il may ayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il,  C. Hümbətov isə 10 il 6 ay, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi