“Rembo” növbəti dəfə qayıdır

rembo-novbeti-defe-qayidir
Oxunma sayı: 2002

Amerikalı aktyor Silvestr Stallone Vyetnam müharibəsinin veteranı  Con Rembo haqqında 5-ci filmə çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, aktyor bu barədə İnstaqram səhifəsində yazıb:

“Tezliklə başlayıram və çox həyəcanlıyam... Dünya dəyişsə də, o dəyişmir. Heç nə qurtarmayıb!”. 
Çəkiliş bu aydan başlayacaq. “Rembo”nun beşinci hissəsində baş qəhrəman Meksikaya gedəcək və hadisələr orada cərəyan edəcək.

Qeyd edək ki, “Rembo: Birinci qan” filmi ilk dəfə 1982-ci ildə işıq üzü görüb. Daha sonra isə 1985, 1988 və 2008-ci illərdə filmin növbəti hissələri çəkilib.