Rəmişin həbsxanadakı oğlu dünyasını dəyişdi

remisin-hebsxanadaki-oglu-dunyasini-deyisdi
Oxunma sayı: 5120


Məşhur gitara ustası Rəmişin oğlu Hüseyn Hüseynov rəhmətə gedib.

“Qafqazinfo”nun məlumatına görə, Rəmişin ikinci həyat yoldaşı Arzu xanımdan olan oğlu Hüseyn (“Quska” adıyla tanınır) 8 il əvvəl Rusiyada məhkum olunmuşdu və cəzaçəkmə müəsisələrindən birində həbs həyatı yaşayırdı. “Narkotik” ittihamı ilə həbs olunan Hüseyn RF qanunvericiliyinə əsasən, 9 il həbs cəzasına layiq görülmüşdü. 

H.Hüseynovun meyiti artıq ölkəyə gətirilib və doğulduğu Yevlax şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Arzu xanımla qeyri-rəsmi evlilik həyatı sürən və 5 il Yevlaxda, Cahangir Kərimov küçəsində yaşayan Rəmişin tərcümeyi-halında oğul atası olduğu barədə heç bir məlumat yoxdur. Rəmişin özü də efirlərdəki açıqlamalarında heç vaxt oğlunun adını çəkməyib və bu da 5 il birgə yaşadığı Vahidovlar ailəsinin narazılığına səbəb olub.