“Renault” “KamAZ”a çırpıldı, ölən var

“Renault” “KamAZ”a çırpıldı, ölən var
Oxunma sayı: 921

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 11-də saat 14 radələrində qeydə alınıb. 

Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub.

Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi