“Renault-Nissan-Mitsubishi”nin rəhbəri istefa verdi

renault-nissan-mitsubishinin-rehberi-istefa-verdi
Oxunma sayı: 915

Yaponiyada həbs edilən “Renault-Nissan-Mitsubishi” avtomobil alyansının direktorlar şurasının rəhbəri Karlos Qon vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer “Bloomberg Television”a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Qon öz postunu yanvarın 23-ü rəsmən tərk edib. Bildirilir ki, bu gün şirkət iclas keçirərək boş qalan vəzifəyə Mişelin Jan-Dominik Senarın gətirilməsini müzakirə edəcək.

Xatırladaq ki, 64 yaşlı Karlos Qon maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olub.

Aysel Kərimova