Rəngli statuslar “WhatsApp”a da gəldi

rengli-statuslar-whatsappa-da-geldi
Oxunma sayı: 2153

“WhatsApp” messencerində statuslar rəngli olacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, istifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər.

Hələ ki, yeni funksiya yalnız bəzi istifadəçilərdə əlçatandır. Amma tezliklə bu yenilikdən hamı istifadə edə biləcək.

Xatırladaq ki, “Facebook” ötən ilin sonunda rəngli statusları yoxlamağa başlamış və o, 2017-ci ilin martında sosial şəbəkənin bütün istifadəçilərinə əlçatan olmuşdu. Şirkət  hesab edir ki, bu, istifadəçilərin cəlb edilməsini artırır.