Reperlərin hava limanında davası uçuşları təxirə saldı - Video

reperlerin-hava-limaninda-davasi-ucuslari-texire-saldi
Oxunma sayı: 7491

Fransanın tanınmış iki reperi Booba və Kaaris Orli hava limanında dava edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bir-biri ilə düşmən olan reperlər təsadüfən qarşılaşıblar. Hər iki reper Barselonada konsert vermək üçün Parisdən yola düşməli imiş. Ancaq hava limanında bir-birini görən Booba ilə Kaaris yumruq davasına çıxıb. Davaya onların tərəfdarları da qoşulduğundan polis hərəkətə keçməli olub.

11 nəfər saxlanılıb. Dava səbəbindən bir neçə uçuş təxirə salınıb.