“Rəqib çox təhlükəlidir” - Alleqri

“Rəqib çox təhlükəlidir”
Oxunma sayı: 61

“Monako” bu mövsüm əla formadadır. Bu komanda doğma meydanında daha güclü çıxış edir. Öz oyunumuzu nümayiş etdirməliyik. “Monako”nu bu mövsüm Çempionlar Liqasında doğma meydanında məğlub etməyi bacaran ilk komanda olmaq istəyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər "Yuventus"un baş məşqçisi Massemliano Alleqriyə məxsusdur. Turin təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Monako"nun qonağı olacaq.

İtaliyalı mütəxəssis matçdan öncə keçirdiyi mətbuat konfransında fikirlərini belə izah edib:

“Rəqibin Falkao, Mbappe kimi hücumçuları var. Artıq “Monako” müdafiə deyil, hücum futbolu oynayır. Rəqib çox təhlükəlidir və bütün futbolçuları yaxşı formadadır”.

Qeyd edək ki, "Monako" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi