“Rəqib futbolçu söyüş söyürdü” - Ayxan Abbasov hirsləndi

“Rəqib futbolçu söyüş söyürdü”
Oxunma sayı: 1208

“Zirə”nin baş məşqçisi Ayxan Ababsov Topaz premyer Liqasının XVI turunda bu gün “Qəbələ”yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında sualları cavablandırıb.

“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəsssis hirsli olduğu üçün az danışacağını deyib:

“Ağır oyun keçdi. Bu ilk növbədə qazonla bağlıdı. Biz süni örtüyə öyrəşmişik. Ancaq bu, səbəb deyil. Bu gün zəif oynadıq. Bəzi futbolçulardan narazı qaldım. Hələ oyunlar qabaqdadı. Bu məğlubiyyəti unudub “Neftçi”ylə matça hazırlaşacağıq”.

- Hirsli olmağınız nəticəyə görədi, yoxsa oyundan sonra baş verənlərə?

- Biz uduzmağı bacarırıq. “Qəbələ”yə hörmət etmişik. Ancaq xoşagəlməz olaylar olur. Peşəkar futboldan danışırıqsa, belə şeylər olmamalaldı. Rəqib futbolçu Ruslan Qurbanov bütün oyunboyu söyüş söyürdü. “Qəbələ”nin futbolçularının yarısı paltardəyişə otağımızın yanında idi.

- Yəni əsəbi olmağınız nəticədən daha çox buna görədi?

- Bizdə də əcnəbi futbolçulara var, onlara qarşı belə münasibət olmamalıdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi