“Rəqib oynamağa yox, bizdən xal almaq üçün meydana çıxır”

“Rəqib oynamağa yox, bizdən xal almaq üçün meydana çıxır”
Oxunma sayı: 432

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının XVII turunda "Kəpəz"ə evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib. "Qafqazinfo" həmin müsahibəni təqdim edir:
 
- Ötən turda "Səbail"lə qarşılaşmada olduğu kimi, bu dəfə də çətin - 1:0 hesablı qələbə qazandız...
- Bütün komandalar daima olduğu kimi, "Qarabağ”a qarşı ciddi hazırlaşır. Matçlardan öncə məndə belə hiss yaranır ki, rəqib oynamağa yox, bizdən xal almaq, bizi dayandırmaq məqsədilə meydana çıxır. Müdafiədə qapanırlar ki, bu zaman da bizə çətin olur. "Kəpəz”in də belə oynayacağını düşünürdük. Buna görə də xüsusi məşqlər keçirdik. Sonda ev tapşırığını yerinə yetirə bildik və qalib gəldik.
 
 - Ötən dəfə belə fikir səslənmişdi ki, futbolçular "Qarabağ”a qarşı daha istəkli oynayırlar. Bunun səbəbini nədə görürsən?
- Qurban Qurbanov həm yığmanın, həm də "Qarabağ”ın baş məşqçisidi. Çox futbolçu özünü yaxşı tərəfdən göstərir ki, milliyə dəvət alsın. Məncə. əsas istək bununla əlaqədardı. Bu üzdən hamı canla-başla döyüşür. Həm də onu nəzərə alaq ki, "Qarabağ”a qarşı ciddi hazırlaşmasan, çox çətinlik çəkə bilərsən. 

 - "Qəbələ”nin "Səbail”ə uduzması qələbə istəyinizə nə qədər təsir etdi?
- Oyunu izləmişdik. Nəticə bizim üçün yaxşıdı. Çünki ən yaxın izləyicimiz büdrədi. Bu gün də çalışdıq ki, "Kəpəz”i məğlub edərək xal fərqini artıraq.
 
 - Qış fasiləsindən sonra 2 qol vurmusunuz və qapınızı toxunulmaz saxlamısınız. "Qarabağ"ın arxa xəttini hücumdan daha üstün saymaq olar?
- Bizdə belədi ki, hücumda hamı iştirak edir. Müdafiə olunanda isə komanda şəklində edirik. "Qarabağ"da müdafiə o demək deyil ki, 4 futbolçu arxa xəttə nəzarət edir və qapıçı da "çərçivə"ni qoruyur. Bizdə müdafiə Mahir Mədətovdan başlayır. Baş məşqçinin əsas tapşırığı belədi. Əsas istəyimiz odur ki, qapımızda qol görməyək. Bunun üçün müdafiəçi olaraq çox çalışıram.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi