“Rəqibi süpürdük” - Zidan

“Rəqibi süpürdük”
Oxunma sayı: 1347

“Oyunumuzdan razıyıq, ancar “Real” hələ finalda hesab etmək olmaz”. “Qafqazinfo” xəbər verir ki, bu sözlər “Real”ın baş məşqçisi Zinəddin Zidana məxsusdur.

“Kral klubu” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Atletiko”nu 3:0 hesabı ilə məğlub edib.

Matçdan sonra açıqlamada verən fransalı mütəxəssis fikirlərin belə izah edib: “Qol vurduq, əsas məsələ odur ki, qol buraxmadıq. Buna baxmayaraq, qarşıda bir oyunumuz var. Daha diqqətli olmalıyıq”.

Çalışdırıcı komandasının hər 3 qolunun müəllifi olan Kriştiano Ronaldoya borclu olduqlarını deyib: “Ən möhtəşəm məqam Ronaldo ilə bağlıdır. O, həmişə lazım olan vaxt lazım olan yerdə olmağı bacarır.  Məncə, Ronaldo vəzifəsinin öhdəsindən gəldi və bənzərsizdi. Bizim üçün çox önəmli oyunçudu, əgər növbəti oyunlarda özünü yorğun hiss etsə, istirahət verə bilərəm”.

Zidan rəqibin baş məşqçisi Dieqo Simeonenin “Qarşıda daha bir oyun var və mərhələ keçmək üçün şansımız var” – sözlərini belə şərh edib: “Simeone haqlıdır. Bu matçda rəqibin oyununu oxuduq, onları süpürdük və davamını da gətirməliyik”.

Fransız çalışdırıcı oyunun ikinc yarısının startında zədə alan Karvaxalın əvəzinə Naçonu meydana buraxıb. O, öz mövqeyində oynamayan Naçonun ünvanına təriflər yağdırıb: “Naço hər yerdə oynaya bilər. Müdafiəçi də olar, hücumçu da. Motivasiyası çox yüksəkdi. Ona əsas oyunçularımız qədər inanıram”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi