Rəqibin düşərgəsinə casus göndərdilər, 200 min cərimə edildilər

reqibin-dusergesine-casus-gonderdiler-200-min-cerime-edildiler
Oxunma sayı: 1081

İngiltərə Futbol Liqası (EFL) Çempionşipdə mübarizə aparan “Lids” klubunu cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb klubun baş məşqçisi Marselo Byelsanın köməkçilərindən birinin rəqib komandanın məşqçinə yollaması olub. 27-ci turda “Derbi”ylə qarşılaşmadan öncə casus kimi rəqib düşərgənin məşqini izləməyə göndərilən məşqçiyə görə klub 200 min funt-sterlinq cəzalandırılıb.
 
Qeyd edək ki, “Lids” sözügedən oyunda “Derbi”yə 2:0 hesabı ilə qalib gəlmişdi.