“Rəqibin kimliyi fərq etməz” - Buffon

“Rəqibin kimliyi fərq etməz”
Oxunma sayı: 633

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Monako” öz meydanında “Yuventus”u qəbul edəcək.

Qarşılaşma öncəsi Turin klubunun qapıçısı Canluici Buffon oyunla bağlı fikirlərinin bölüşüb.

“Monako” yarımfinala yüksəlibsə, buna layiqdir. Bizi bərabər səviyyəli oyun gözləyir. Biz rəqibi təcrübədə üstələyirik. 2 il qabaq biz ÇL-in finalı barədə düşünmürdük. Amma indi bu nəticə bizim gərgin əməyimizin nəticəsi olmalıdır.

Finala yüksəlsək, rəqibin kimliyi fərq etməz. Çünki hər iki Madrid klubuna qarşı oynamaq çətindir. “Monako” hücum etməyi sevir. Ön xətdə ancaq Mbappedən təhlükə gözləmək olmaz. Falkaonu da unutmamalıyıq.

“Monako”ya hörmətlə yanaşırıq. Lakin ilk görüşdə yaşanacaqlardan asılı olmayaraq, cütün taleyi Monakoda həll olunmayacaq”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22.45-də başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi