“Rəqibin kimliyindən çox şey asılıdır”

reqibin-kimliyinden-cox-sey-asilidir
Oxunma sayı: 650

“Qafqazinfo”nun verdiyi məlumata görə, qapıçı Rauf Mehdiyev komandanın hazırlığı ilə bağlı klubun rəsmi saytına danışıb: “Hazırki məşqlərimiz əsasən fiziki göstəricilərimizin yaxşılaşmasına hesablanıb. Hazırlıqda mən və Saşa Stamenkoviçlə yanaşı iki gənc qapıçı, Rəşad Əzizli və Emil Balayev də iştirak edir. Onların əsas komanda ilə məşqlərə cəlb olunması təcrübə qazanmaqları baxımından çox vacibdir. Məqsədimiz Çempionlar Liqasında layiqli oyun nümayiş etdirməkdir. Təbii ki, rəqibin hansı komanda olacağı da önəm kəsb edir”.