“Rəqibin təxribatına uymamağa çalışıram” - Gerrye

reqibin-texribatina-uymamaga-calisiram
Oxunma sayı: 636

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuna 1:0 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunu legioneri Donald Gerrye oyundan sonra əməkdaşımızın da suallarını cavablandırıb.
 
- Böyük oyunda qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Qarşıda cavab oyunu var və ciddi hazırlaşmalıyıq.

- Danimarkada və ya Skandinaviya klublarına qarşı oynamısız?

- Onu xatırlayıram ki, “Malmö”yə qarşı oynamışdıq. Ancaq onlar bizi mübarizədən kənarlaşdırmışdı. Uğursuz olmuşdu.
 
- Oyun ərzində çox vaxt xəsislik edirsiz və ötürmə etmirsiz. Bunun səbəbi nədir?

- Bunun xüsusi səbəbi yoxdur. Epizodlardan aslıdır. Bəzən ötürmə verirəm, bəzən isə qapıya zərbə endirirəm. Hər şey oyunun gedişinə görə baş verir. 
 
- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkiərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadınız...

- Futbolda baş verən normal hadisələrdir. Mən bunları normal qarşılayıram. Çalışıram ki, rəqibin təxribatına uymayım. Mən bura böyük uğurlar üçün gəlmişəm.