Rəqibin üzünə tüpürdü, əvəzedici heyətə göndərildi

reqibin-uzune-tupurdu-evezedici-heyete-gonderildi
Oxunma sayı: 632

“Qafqazinfo” xəbər verir ki, “Simurq”la kubok oyunu zamanı Cavid rəqib futbolçu Nenad Kisonun üzünə tüpürüb və buna görə də qırmızı vərəqə alıb. Lakin klub rəhbərliyi onu daha ciddi cəzəlandırmaq üçün əvəzedici heyətə göndərib.

Qeyd edək ki, Cavidin əsas heyətə nə vaxt qayıdacağı dəqiq bilinmir.

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Qafqazinfo”ya Cavid İmamverdiyevlə bağlı açıqlama verib. G. Abbaszadə bildirib ki, hələlik cəza kimi klub rəhbərliyi onu əvəzedici heyətə göndərib: “Əgər yenidən orada özünü doğrultsa əsas heyətə qayıdacaq”

G.Abbaszadə öz açıqlamasında daha sonra onu da qeyd edib ki, Cavidin rəqib futbolçuya tüpürməsi heç bir halda qəbul olunan bir hərəkət deyil: “İstər klubrəhbərliyi, istərsə də məşqçilər korpusu onun bu hərəkətini qəti şəkildə pisləyir və ona göstərilən qırmızı vərəqəni tam haqlı hesab edirlər”.

İqbal