Rəqqada nə qədər sivil öldürülüb? - Dəhşətli statistika

reqqada-ne-qeder-sivil-oldurulub
Oxunma sayı: 1727

Terror təşkilatı PKK/PYD-nin Suriyada ABŞ-ın dəstəklədiyi Rəqqa əməliyyatı müddətində ən az 1873 mülki şəxs həlak olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 450 mindən artıq sakinin isə evindən didərgin düşdüyü bildirilir.

Şəhərin İŞİD-dən azad edilməsi üçün 3 min 829 hava hücumu təşkil edilib. 8 xəstəxana, 29 məscid, 40 məktəb, 5 universitet binası və 4 körpü məhv edilib, şəhərin 90 faizi yerlə-yeksan olub.

Xatırladaq ki, Suriyanın şimalındakı Rəqqa şəhəri 2014-cü il yanvarında İŞİD tərəfindən işğal edilmişdi. Daha bir terror təşkilatı PKK/PYD isə dünən şəhəri ələ keçirib.