Rəqqasəyə pul verən ərini bıçaqladı

reqqaseye-pul-veren-erini-bicaqladi
Oxunma sayı: 3879

Türkiyədə rəqqasəyə pul verən ər arvadı tərəfindən bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bolu şəhərində qeydə alınıb.

Belə ki, Ruqiyyə Çetin restoranda ərinin sərxoş halda rəqqasələrə pul payladığını eşidib.

Dərhal restorana gedən qadın əri Fuad Cenikli ilə mübahisə edib. Mübahisə nəticəsində qadın masanın üzərindən götürdüyü bıçaqla ərinin qarın nahiyyəsinə zərbələr endirib. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, 3 uşaq anası Ruqiyyə Çetinə 3 il, 9 ay həbs cəzası verilib.