Rəqsanə 30 iyunda konsert verəcək

reqsane-30-iyunda-konsert-verecek
Oxunma sayı: 954


“Qafqazinfo”nun məlumatına görə, sənətçi təşkilatçı Nahid Emiloğlu ilə konserti əlamətdar günə təyin etdiyini və əsgər, şəhid, əlil ailələrinə hədiyyə olunacağını bildirib:

“İyunun 30-u İlhamla Fərizənin toy günləri tarixidi. Biz konserti həmin tarixə keçirdik. Məkanımız Yaşıl Teatrdır.  Konsertə bilet satışı olmayacaq. Şəhid, əsgər, ailələri, bir sözlə Vətən uğrunda xidməti keçən hər bir kəsi konsertimə dəvət edirəm.  Bunu özümün onlara borcu bilirəm. Həmin günü “Sevgililər günü” kimi qeyd edənlər də konsertə dəvətlidirlər”.

Konsertdə təqdimat da nəzərdə tutulub. Adını hələ açıqlamaq istəmədiyi yerli rejissorlardan birinin ekranlaşdırdığı “Heydər – İlham – Azərbaycan” mahnısının klipi ilk konsert izləyiciləri  üçün təqdim ediləcək.

Rəqsanə İsmayılovanın növbəti iki klipi isə konsertdən öncə televiziya və mətbuat işçilərinə təqdim ediləcək. İyunun 15-20 tarixləri arasında nəzərdə tutulan bu təqdimatda Türkiyədə ekranlaşdırılan “Yollarımı verdim sənə” və “Aşk” klipləri nümayiş olunacaq.