Rəqsanə əməliyyat olunacaq

reqsane-emeliyyat-olunacaq
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, ifaçı səhhətində yaranan problemi onu bu qərarı verməyə vadar edib. Təfərrüatı ilə danışmaq istəməyən R.İsmayılova bü günlərdə ağır əməliyyat keçirəcək. Bu onun nəzərdə tutduğu plastik əməliyyat deyil: “Ancaq bunu deyə bilərəm ki, ağır əməliyyat keçirəcəm. Bunun ardınca anam əməliyyat olmalıdır. İnşallah sağ-salamat ayağa duraq, Türkiyədə planlaşdırılan və son səfərimdə yarıda qoyduğum sənət işlərimi tamamlayacam. Albom hazırlıqları bitəcək və bunun ardınca klip çəkilişi başlayacaq” deyən Rəqsanə qızı Aysnu da özü ilə aparmağından danışdı: “Qızım əməliyyat zamanı yanımda olmaq istədi. Həm də planlaşdırdıq ki, Aysunun moda sərgisi üçün nəzərdə tutulan parçaları alaq. Eyni zamanda o, bir çox tanınmış modaçılarla görüşəcək. Görüş üçün danışıqlar aparılıb”.