Rəqsanə ərinin fotosunu paylaşdı - İlk dəfə

Rəqsanə ərinin fotosunu paylaşdı
Oxunma sayı: 6893

Bu gün qalmaqallı fotosessiyası ilə gündəmə gələn Rəqsanə İsmayilova instaqramda həyat yoldaşının fotosunu paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, Fazil adlı iş adamı ilə evli olan sənətçi ilk dəfə onun şəklini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, İsmayılova həyat yoldaşının olduğunu açıqlasa da, kimliyini daima mediadan gizlədib. 

O, mətbuata əri ilə bağlı bu sözləri demişdi:

“Yoldaşımın əvvəlki evlilikdən iki övladı var. 1-ci ailəsindən rəsmən nikahını pozandan sonra qanuni şəkildə mənimlə rəsmi nikaha girib.  İki qızım - Aysun və Yağmur da mənim yoldaşımın soyadını daşıyırlar”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi