Rəqsanə etiraz edir

Rəqsanə etiraz edir
Oxunma sayı: 213

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu narahatlığını nəzərə alıb, jurnalistlərə müraciət etdi:

“Dünən barəmdə yazılan növbəti xəbərdə axtarışa veriləcəyim yenidən gündəmə gətirilib. Bunun hansı faktlara söykəndiyini bilmirəm. Amma mətbuat işçilərindən ricam budur ki, barəmdə bu və ya digər xəbərin dəlili olmadan, yazmasınlar. Hər gün insanlarla görüşürəm, efirə qoşuluram, mətbuat nümayəndələri, sosial şəbəkədəki insanlarla ünsiyyətdəyəm. Yəni, normal həyatıma davam edirəm.

Azayev qardaşları ilə mənim problemimin hazırda istintaq işi aparılır. Hər iki tərəfin gedişat barədə danışmağa ixtiyarı yoxdur. Mayda Bakıya gələcəm və istintaqı aparan şəxslərlə görüşüm nəzərdə tutulub. Məsləhət olarsa, bu barədə açıqlama verəcəm. Məhkəmə qərarı olmadan, mənim axtarışa verilməyim, tutulacağım barədə gündəmdən düşməyən yalançı xəbərlər ictimaiyyət arasında xoş qarşılanmır. Bu səbəbdən barəmdə, sübutu olmayan xəbərlərin yazılmasının əleyhinəyəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi