Rəqsanə həyatını filmə çəkəcək

Rəqsanə həyatını filmə çəkəcək
Oxunma sayı: 252

Rəqsanə ötən ay albom hazırlığı üçün Türkiyədə səfərdə olduğu zaman, filmi çəkəcək rejissorla tanış olduğunu deyir. Özünü bir neçə dəfə serial rejissoru kimi sınaqdan keçirən həmin şəxs növbəti filmin ssenarisini düşündüyü bir ərəfədə, Rəqsanə ilə tanışlığı yerinə düşüb. Onun maraqlı insan olduğunu anlayıb, filmin motivini onun həyatı üzərində qurmağa qərar verir.

Rəqsanə çəkilişə başlayan kimi rejissorun adını açıqlayacağını bildirdi: “Bu məqsədlə bizim bir neçə görüşümüz oldu. Əslində, mən həyatımdan bəhs edən filmin çəkiləcəyi barədə düşünməmişdim. Rejissorun əminliyi məni bu barədə düşündürdü. Həm də filmdə özüm özümü oynayacam. Smeta tutulub, çəkiliş heyəti hazırdır. Qalır mənim tərəf müqabilim və bir neçə oyunçunun təsdiqi. Bunu uçun kastinq keçiriləcək” – deyən Rəqsanə bildirdi ki, aktyorlar və müğənnilər arasından müəyyən ediləcək. Rəqsanə tərəf müqabilini axtarışının bir nəticə vermədiyini söylədi. Onun fikrincə, bu, türkiyəli aktyor da ola bilər.

Öyrəndik ki, məhşur sənətçinin həyatını yansıdan film dramatik janrdadır. Sənətçi deyir ki, həyatının üzücü, sevincli, hətta avtomobil qəzaları da filmə daxil edilib. Sonuncu səhnədə bahalı avtomobillərin qəza səhnəsini gerçəkdən oynanılacaq. Yəni bahalı avtomobillər əziləcək. Bunun filmin büdcəsinə yetərincə təsir göstərəcəyi deyilir. Sonda Rəqsanə bildirdi ki, filmin Türkiyə və Azərbaycanda çəkiləcəyi ehtimal edilir. Yayımı isə hələlik yerli telekanallardan birinə həvalə ediləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi