Rəqsanə ilə bağlı beynəlxalq axtarış qərarı dəyişdirildi

reqsane-ile-bagli-beynelxalq-axtaris-qerari-deyisdirildi
Oxunma sayı: 1601


E.Zahidov deyib ki, cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi araşdırır: “Rəqsanə İsmayılova istintaqdan yayınmır. O,  istənilən vaxt ifadə verməyə hazır olduğunu bildirib. İstintaq tərəfindən dəvət ediləcəyi halda ifadə verəcək. Buna görə də beynəlxalq axtarış qərarı dəyişdirilildi”.

Qeyd edək ki, müğənni 5 epizod üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.

Ötən ay isə BŞBPİ bəyan etmişdi ki, Rəqsanə İsmayılova barədə beynəlxalq axtarış elan edilib. Onun İnterpol xətti ilə də axtarışa verildiyi bildirilirdi.