Rəqsanə məsciddə - Fotolar

reqsane-mescidde-fotolar
Oxunma sayı: 641

Xatırladaq ki, səhhətində onu narahat edən səbəb üzündən, eləcədə yaradıcılıq işlərinə görə, Türkiyədə olan sənətçi artıq özünə etibarlı dostlar da qazanıb. Ad günündə həmin dostlar sənətçini yalnız buraxmayacaqlar. Bu axşam bir araya cəm olacaq dostların sırasına hazırda anasının yanında olan böyük qızı Aysun və Moskvadan gələcək nişanlısı və bir neçə rəfiqəsi qoşulacaq. Gələcək həyat yoldaşı Rəqsanə xanıma sürpriz hazırlayıb. Əməliyat vaxtı sənətçini yalnız buraxmayan həmin insan, özəl günündə də yanında olacaq. Həmçinin məhşur vizajist Nigar İbrahimova da dostuna baş çəkmək üçün Türkiyəyə yollanıb. Bu gün Rəqsanə xanımın çalışdığı səsyazma studiyasının heyəti də ona sürpriz hazırlayıb. Bunların mahiyyəti axşam bəlli olacaq.

Sənətçi özü ad günü ilə bağlı maraqlı fikirlər səsləndirib: “Həyatda eniş-yoxuşlar çox oldu. Bəzən çörək verdiyim insanlar məni vurmağa çalışdı. Bir tək başımın üzərindəki rəbbimin köməyi ilə ayaqda durmağı bacardım. Hər zaman onun varlığına sığınmışam. Geriyə boylananda nə ata, nə qardaş, nə arxa gördüm. Məni yıxmaq istəyənlərlə tək savaşdım. Bu gün onların hamısından yüksəkdəyəm. Ətrafımda ancaq yaxşı insanlar var və bundan sonra da belə olacaq. Durmadan sənətim üçün çalışacam. Sevinirəm ki, Tanrı mənə qədir bilən ailə qismət edib”.

Qeyd edək ki, R. İsmayılova 1979-ci il təvəllüdlüdür.