Rəqsanə ögey oğlu ilə qızının videosunu paylaşdı - Səhv başa düşüldü

reqsane-ogey-oglu-ile-qizinin-videosunu-paylasdi
Oxunma sayı: 7032

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə qızı Aysunla ögey oğlu Elvinin videosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, video bacı-qardaş restoranların birində rəqs edərkən lentə alınıb. Rəqsanə görüntüyə “Toyunuzu görüm, inşallah” şərhini yazıb. Sosial şəbəkə istifadəçiləri isə bunu səhv başa düşərək Elvini Aysunun nişanlısı bilib müğənnini təbrik ediblər.

Qeyd edək ki, Elvin biznesmen Fazil Əmiraslanovun ilk evliliyindən olan oğludur. İş adamı ilə Rəqsanənin əkiz övladı var. F.Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib.