Rəqsanə sevgilisinin həbsinə qarşıdır

reqsane-sevgilisinin-hebsine-qarsidir
Oxunma sayı: 1732

Rəqsanənin vəkili Xalid Bağırov Lent.az-a açıqlamasında bildirib ki, məhkəmə prosesində şahid qismində çıxış edən şəxslər ifadə veriblər.

Prosesin təxirə salınmasına səbəb isə ekspertlərin müəyyən araşdırmalarına zərurət yaranması olub. Onun sözlərinə görə, proses yaxın bir neçə günə davam etdiriləcək.

Vəkil deyib ki, məhkəmə prosesləri Rəqsanə İsmayılovanın işlərini yubadır: “Məhkəmə prosesinin keçirilməsi, get-gəllərin olması özü bir narahatçılıqdır. Bunlar Rəqsanə xanımın işlərini yubadır. O, öz qızına, ailəsinə yetərincə diqqət yetirə bilmir”.

Xalid Bağırovun sözlərinə görə, müğənni Azayevlərin həbs olunmağını istəmir: “Rəqsanə xanım özü də ifadəsində söylədi ki, onların həbsinin tərəfdarı deyil. Faiq Azayev özü polis əməkdaşı idi. O, artıq öz işindən uzaqlaşdırılıb”.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın şikayəti əsasında Azayevlərə qarşı cinayət işi açılıb. Bundan dərhal sonra isə Azayevlər Rəqsanənin özünü məhkəməyə veriblər. Müğənniyə qarşı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Müğənninin keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüseri Təranə Səmədova da olmaqla 4 nəfər şəxs ittihamla çıxış edib. Rəqsanəyə qarşı ittiham irəli sürən şəxslər müğənninin onlara külli miqdarda borclu olduğunu iddia ediblər. Həmin cinayət işi ilə bağlı istintaq davam etdirilir.