Rəqsanə təzminat istəyir – - 100 min

reqsane-tezminat-isteyir-
Oxunma sayı: 3984


“Qafqazinfo” xəbər verir ki, bu haqda SİA-ya danışan Ə. Mirəliyev qarşı tərəfin ondan təzminat istədiyini də dilə gətirib: “Rəqsanə ilə zarafat elədim. O da zarafatımı ciddi qəbul edərək, məni məhkəməyə verdi. Hətta 100 min manat təzminat istəyir. Mənim isə buna gücüm çatmır. Çünki mən digər müğənnilər kimi el şənliklərindən 5 min qazanmıram. Ancaq qohumlarımın toylarında iştirak edirəm. Onu da deyim ki, etdiyim zarafata görə qızım Rəqsanədən üzr də istəyib. Lakin o, yenə də məni məhkəməyə verdi. Sözügedən sənətçi mənim vasitəmlə özünü reklam edir”.

Rəqsanə isə məhkəmə haqda deyib: “Bir dəfə mənim haqqımda biabır ifadələr söylədi. Cavab vermədim, susdum, ona hörmət etdim. Başqa verilişdə yenidən eyni sözləri təkrarlayıb. Hamı məni qınayır ki, niyə onun cavabını vermirsən? Mən də Əli Mirəliyevi məhkəməyə verdim”.