Rəqsanə yenə hamilədir?

reqsane-yene-hamiledir
Oxunma sayı: 3963

Müğənni Rəqsanə İsmayilovanın hamilə olması barədə şayiələr yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı sənətçi səsləndirilən iddialara “Hər şey daxil” verilişində aydınlıq gətirib. 

Rəqsanə canlı yayıma telefonla bağlanaraq hamilə olmadığını bildirib: 

“Hər kəsə ana olmaq nəsib olsun. Mənim indi iki övladım var, uşaq sevən biriyəm. Əlimdə olsaydı, 10 uşaq dünyaya gətirərdim. Amma hamilə deyiləm”. 

Qeyd edək ki, Rəqsanə Rusiyada yaşayan Fazil adlı iş adamı ilə nikah bağlayıb.  Onun Aysun və Yağmur adlı iki qızı var. Sənətçi bir müddət əvvəl hamilə qalsa da, körpəsi bətnində tələf olmuşdu.