Rəqsanənin instaqramı ələ keçirildi

reqsanenin-instaqrami-ele-kecirildi
Oxunma sayı: 2271

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, ifaçının ötən gecə şəxsi instaqram səhifəsi hakerlərin hücumuna məruz qalıb. 

Bu barədə Rəqsanənin qızı Aysun İsmayılova məlumat verib: “Diqqət, Rəqsanə İsmayılovanın səhifəsi oğurlanıb.  Sizə gələn mesajlara cavab verməyin. Təsdiqləmək üçün link göndərilir”.

Daha sonra məlum olub ki, Rəqsanənin hesabını Türkiyə vətəndaşları ələ keçirib.  Hətta onlar səhifənin informasiya yerinə “Ömər və Burak ələ keçirdi” yazılıb. 

Müğənni artıq səhifəsini geri qaytarmaq üçün bu işlə məşğul olanlara müraciət etdiyini bildirib. 

Xatırladaq ki, Rəqsanənin 476 min izləyicisi var.