Rəqsanənin yeri məlum oldu - Açıqlama

reqsanenin-yeri-melum-oldu-aciqlama
Oxunma sayı: 684

“Rəqsanə ona qarşı cinayət işinin açılmasından xəbərdardır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənninin mətbuat katibi Rəqsanənin beynəlxalq axtarışa verilməsi barəsində yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, Rəqsanənin hazırda Bakıda olmadığını qeyd edib:

“Rəqsanə xanım Azərbaycanda deyil, Moskvadadır. Bu məsələlərdən xəbəri var. Ona qarşı irəli sürülən ittihamları qəbul etmir”.

Müğənninin sözçüsü həmçinin bildirib ki, Rəqsanə vəkili ilə danışıqlar aparır. Günün sonuna qədər mətbuata sözügedən hadisə ilə bağlı açıqlama veriləcək.

Qeyd edək ki, Rəqsanənin Bakının Suraxanı rayon Polis İdarəsi tərəfindən külli miqdarda dələduzluq əməlinə görə axtarışa verildiyi barədə məlumat yayılıb. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir.

Aynur