Rəşad Atakişiyev torpağa tapşırıldı - Fotolar+Video

resad-atakisiyev-torpaga-tapsirildi
Oxunma sayı: 17134

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimində qohumları, ailə üzvləri və hərbçi dostları iştirak edir.

Onun nəşi 27 gündən sonra - dünən tapılaraq ailəsinə təhvil verilib. 

Qeyd edək ki, bu gün saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.

***

Rəşad Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.  

***

Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov şəhidin tabutunun üzərinə salınmış bayrağı onun həyat yoldaşına təqdim edib.

Günel Türksoy

Fotolar: Nuran Məmmədov