Rəşad Həsənov barəsində həbs qərarı - Yenilənib

resad-hesenov-baresinde-hebs-qerari-yenilenib
Oxunma sayı: 813

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Rəşadın vəkili Əsabəli Mustafayev deyib: “Dünən Rəşad Həsənov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onu AR Cinayət Məcəlləsinin 228.3 cü maddəsi ile ittiham edirlər”.

Qeyd edək ki, dünən R.Həsənov Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilmişdi. Onun şahid kimi deyil, şübhəli şəxs qismində saxlanıldığı bildirilirdi.

***
R.Həsənovun ittiham olunduğu maddə üzrə onu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Maddə 228. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmək.
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.2. Eyni əməllər:
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
228.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.