Rəşad İlyasov “Mənə əllərini ver” dedi - Fotolar

resad-ilyasov-mene-ellerini-ver-dedi-fotolar
Oxunma sayı: 913

“Qafqazinfo”nun məlumatına görə, klipin rejissoru Fuad Əlişovdur. Təqdimatda jurnalistlərə açıqlama verən İlyasov bildirib ki, o, tez-tez klip çəkdirməyi sevmir: “ Klip çəkməyi çox sevmirəm. Amma bu qədim türk mahnısını ifa edəndən sonra qərara gəldim ki, yaxşı bir kilip çədirim. Məni tanınmış musiqiçilər, əməkdar artist Ənvər Sadıqov və Ramin Həsənov müşayiət etdi. İzləyənlər mahnı ilə klipin vəhdət təşkil etdiyini söylədilər. Bu, məni sevindirir.”

Onu da deyək ki, təqdimatda əməkdar artist Mətanət İsgəndərli, Lalə Məmmədova, müğənnilərdən Elariz Məmmədov, Elnarə Xəlilova, teleaparıcı Səxavət Nur və başqa şou nümayəndələri iştirak ediblər.

Aynur B.