Rəşad oyun vaxtı tualetə qaçdı - Ramosun hərəkətini təkrarladı

resad-oyun-vaxti-tualete-qacdi
Oxunma sayı: 5637

Topaz Premyer Liqasının 22-ci turunda “Neftçi” – “Sumqayıt”la qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, oyunun gedişində maraqlı hadisə baş verib.

Belə ki, qonaqların futbolçusu Rəşad Eyyubov oyunun gedişində hakimdən icazə alaraq tualetə gedib.

Futbolçu özü də bu barədə açıqlama verib: "Bəli, tualetə getməli idim. Ona görə də hakimdən icazə alıb tualetə qaçdım"

Qeyd edək ki, bir neçə gün öncə "Real"ın kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi.