Rəşad Ronaldoya səs verib

resad-ronaldoya-ses-verib
Oxunma sayı: 1697

FİFA-nın təşkil etdiyi 2017-ci ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.
 

"Qafqazinfo" xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki səslərini müvafiq ardıcıllıqla Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Luka Modriçə (Xorvatiya, "Real") verib.
 
Milimizin kapitanı Rəşad Sadıqov "The Best"ə Kriştiano Ronaldonu layiq görüb. O, ikinci yerdə Neymarı, üçüncü yerdə isə Lionel Messini göstərib.
 
Prosineçki ən yaxşı baş məşqçi seçimində Zinəddin Zidan ("Real") birinci, Antonio Konte ("Çelsi") ikinci , Leonardo Jardim ("Monako") üçüncü yerə layiq görüb.
 
Sadıqov da Prosineçki kimi ən çox səsi Zinəddin Zidana verib. Millimizin kapitanı Massimiliano Alleqrini ikinci , Antonio Konteni ("Çelsi") üçüncü yerdə göstərib.