Rəşad Sadıqov ÇL-in rəmzi “11-liy”ində - Foto

resad-sadiqov-cl-in-remzi-11-liyinde
Oxunma sayı: 2201

İspaniyanın məşhur ESPN idman kanalının rəsmi saytı UEFA Çempionlar Liqasının 3-cü turunun rəmzi komandasını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “11-lik”də dünya ulduzları ilə yanaşı “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da yer alıb. 

“Atletiko” ilə heç-heçə (0:0) başa çatan matçda müdafiədə etibarlı oyunu ilə seçilən kapitanla bağlı bunlar qeyd edilib:

“Azərbaycan klubu Çempionlar Liqasının qrupunda ilk xalını “Atletiko” ilə ev matçında qazandı. Qonaq komandanın bir neçə imkanı oldu, ancaq “Qarabağ” müdafiəçiləri rəqiblə başabaş mübarizə apardılar. Komanda müdafiədəki bu cür oyunu kapitan Rəşad Sadıqovun performansına borclu idi. Milli komandada 111 oyunda forma geyinən Sadıqov qrupda xal qazanacaqlarına inanmırdı, amma komanda oyunu şəklində bunu bacardılar. Sadıqov bunu haqq edir”.